Türkiyə səfiri Naxçıvanda səfərdədir

Oxunma vaxtı:18 Saniyə

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Naxçıvana səfər edib.

Səfir nümayəndə heyəti ilə birgə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib.

Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə olunub.

Sonra Heydər Əliyev Muzeyində olan diplomat Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub.

Loading

Next Post

Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirilmə işlərinə start verilib

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Bakı Metropoliteni” QSC-də infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb. “Bakı Metropoliteni” ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start […]