HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib

Oxunma vaxtı:28 Saniyə

Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Bildirilib ki, şəxsi heyətə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanılıb.
“Təlim-məşq uçuşlarının planına uyğun olaraq, bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.
Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər”.

Loading

Next Post

1150 nəfərin Azərbaycana girişinə qadağa!

Ötən ay İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 1 150 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib. Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma […]