

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda iştirak edib.
Doğrusöztv.Az-ın məlumatına görə, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.
Dövlətimizin başçısı konfransda çıxış edib.
Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edib.
Qeyd edək ki, konfrans Prezident İlham Əliyevin “facebook” səhifəsində (https://www.facebook.com/PresidentIlhamAliyev) və “youtube” kanalında (https://www.youtube.com/presidentaz) canlı yayımlanıb.












![]()
