Hərbçilərin olduğu qayıq batdı – YENİLƏNİB

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Fövqaladə Hallar Nazirliyi Kür çayında baş verən hadisəyə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən veirlən məlumata görə, dünən axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq hər hansı rəsmi qeydiyyata alınmayıb:

“Qayıq kustar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur. Qayıq batarkən içində 11 sərnişin olub və onlar sağ salamat qurtularaq sahilə çıxarılıb”.

***

09:29

Mingəçevirdə Kür çayında hərbçilərin olduğu qayıq batıb.

Hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Nəticədə qayıq batıb.

Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakı insanların köməyi ilə sahilə çıxarılıb. Qayığı əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub.

Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Xalq artistinə ağır itki - FOTO

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadəyə ağır itki üz verib. Dogrusoztv.az xəbər verir ki, Bəxtiyar Xanızadənin həyat yoldaşı Afət Xanızadə uzun sürən ağır xəstəlikdən vəfat edib.