Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Ağdamda Cümə məscidində olublar (FOTO)

Oxunma vaxtı:47 Saniyə

Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda Cümə məscidini ziyarət ediblər.

Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, səfər iştirakçılarına məscidin tarixi və erməni barbarlığı barədə məlumat verilib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Ağdamda Cümə məscidində olublar (FOTO) - Gallery Image
Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Ağdamda Cümə məscidində olublar (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

TAP Avropada karbonsuzlaşdırma prosesinə vacib töhfə verəcək - Beynəlxalq Qaz İttifaqı

Trans-Adriatik boru kəməri (TAP) Avropada karbonsuzlaşdırma prosesinə vacib töhfə verəcək. Doğrusöztv.Az bu barədə Beynəlxalq Qaz İttifaqının (IGU) hesabatına istinadən məlumat verir. Heabatda qeyd olunur ki, Azərbaycanla İtaliyanı birləşdirən TAP 2020-ci ilin dekabrında istismara verilib: “Bundan başqa, “Balkan axını” layihəsi başa çatıb. Bu layihə Rusiya qazının Bolqarıstan, Serbiya və Macarıstana tədarükü […]