Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək

Oxunma vaxtı:53 Saniyə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

İk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək. Tovuz şəhər stadionundakı matç saat 18:15-də start götürəcək. Hazırda xalsız olan Gəncə təmsilçisi sonuncu – 10-cu pillədə qərarlaşıb. Tovuz klubu dörd xalla üçüncü sırada yer alıb.

İkinci görüşdə “Sumqayıt” “Səbail”i qəbul edəcək. Oyun saat 20:30-da başlayacaq. “Gənclik şəhəri” təmsilçisi üç xalla 4-5-ci, “dənizçilər” isə bir xalla 7-9-cu yerləri bölüşdürür.

Azərbaycan Premyer Liqası, III tur

18:15. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev

VAR: Rauf Cabarov

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Azər Əsgərov

Tovuz şəhər stadionu

20:30. “Sumqayıt” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, III turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də “Neftçi” – “Sabah” matçı ilə yekun vurulacaq.

Loading

Next Post

15 yaşlı oğlanla atası bıçaqlandı - Yeniyetmə öldü

Xaçmazda qətl törədilib. Hadisə avqustun 17-si gecə saat 2 radələrində baş verib. Rayon ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub. Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla […]