Solovyovun təxribatçı açıqlamalarına qiymət verilsin – Rusiyalı deputatdan müraciət

Oxunma vaxtı:27 Saniyə

Rusiya Dövlət Dumasının deputatı Tamara Pletnyova Ümumrusiya Dövlət Televiziya və Radio yayımı Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edərək “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətinə qiymət verilməsini xahiş edib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, deputat bildirib ki, V.Solovyov münaqişə müddətində tez-tez təxribatçı açıqlamalarla çıxış edib.

Qeyd olunub ki, V.Solovyov obyektivlik prinsiplərinə əməl etmək əvəzinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birinin mövqeyini dəstəkləyib:

“Solovyov və onun dəvət etdiyi qonaqlar Azərbaycan və Türkiyə barəsində xoşagəlməz çıxışlar edərək açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayılda olublar (FOTO)

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Doğrusöztv.Az bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir.