Erməni təyyarəsi Azərbaycan üzərindən uçarkən həyəcan siqnalı verdi

Oxunma vaxtı:23 Saniyə

İrəvandan Moskvaya uçan biznes-jet həyəcan siqnalı verib.

“Hawker 800A” təyyarəsi İrəvan hava limanından havaya qalxıb və bir neçə dəqiqə sonra Azərbaycan ərazisi üzərindən uçarkən həyəcan siqnalı verib.

Həyəcan kodu onun göyərtəsində qəza və ya digər fövqəladə vəziyyətin yaşandığına işarədir.

Hazırda təyyarə uçuşu davam etdirir. O, Vnukovoda Bakı vaxtilə saat 22:52-də yerə enəcək.

Həyəcan siqnalının səbəbi hələlik məlum deyil və səkkiz nəfər üçün nəzərdə tutulmuş təyyarədə kimin olması barədə məlumat yoxdur.(oxu.az)

Loading

Next Post

Bakıda 20 yanvar faciəsini törədən ordunun Baş Qərargah rəisi ölüb

SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev 84 yaşında vəfat edib. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hərbi Rəislər Klubunun saytında məlumat verilib. Qeyd edək ki, Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar zamanı SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində […]