Bakıda 20 yanvar faciəsini törədən ordunun Baş Qərargah rəisi ölüb

Oxunma vaxtı:26 Saniyə

SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev 84 yaşında vəfat edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hərbi Rəislər Klubunun saytında məlumat verilib.

Qeyd edək ki, Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar zamanı SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub. O, bu vəzifəyə 1988-ci il dekabrın 14-də təyin olunub və 1991-ci ilin 22 avqustuna qədər çalışıb. Həmin ilin avqustun 23-də SSRİ-nin Müdafiə Naziri təyin olunub.

Loading

Next Post

Müdafiə naziri Türkiyəyə səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib. Bu barədə BiG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə […]