Rusiyanın Azərbaycandakı səfirliyi Kəlbəcərdə jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verib

Oxunma vaxtı:31 Saniyə

Rusiyanın Azərbaycandakı Səfirliyi Kəlbəcərdə jurnalistlərin mina partlaması nəticəsində ölümü ilə əlaqədar başsağlığı verib.

Doğrusöztv.Az Milli.Az -a istinadən xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Twitter” səhifəsində qeyd edilib.

Məlumatda deyilir: “Səfirlik bu gün Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin ailəsinə və yaxınlarına başsağlığı verir”.

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Birinci vitse-prezident Mehriban Əliyeva minaya düşərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı başsağlığı verib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında bu gün Kəlbəcərdə vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı paylaşım edib. Doğrusöztv.Az -ın məlumatına görə, paylaşımda deyilir: “Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi […]