“Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq” – İlham Əliyev

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı deyib. “Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.

Loading

Next Post

Ərdoğan bu tarixdə Putin və Zelenski arasında görüş təşkil etmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin apreldə İstanbulda görüşünü təşkil etmək istəyir. Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Altınbaş Universitetinin (İstanbul) rektoru Çağrı Erhan  Lente.ru-ya müsahibəsində deyib.  “Türkiyənin indi yeganə missiyası prezidentlər Putin və Zelenskinin xarici müdaxilə olmadan […]