Ceyhun Bayramov: Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.

Nazir Türkiyənin bölgədəki davranışını müsbət qiymətləndirib:

“Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatdıqdan sonra biz münasibətlərin uyğun formada hüquqi  əsaslarla yekunlaşacağına inanırıq”.

C.Bayramov Azərbaycandan Naxçıvana birbaşa gedişin mümkünsüzlüyünə də diqqət çəkib:
“Azərbaycanın üçün bu məsələ çox önəmlidir. Yəni Azərbaycanın Naxçıvanla güvənli formada birbaşa əlaqəsi olmalıdır”.

Loading

Next Post

Azərbaycanda federasiya prezidenti vəfat etdi

Şimal Regional Futbol Federasiyasının prezidenti, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı Abdulla Məmmədov vəfat edib. Bu barədə AFFA-nın məlumatında bildirilib. AFFA futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin.