İlham Əliyev Laura Loxmanı qəbul etdi

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunulub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulanıb. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək yüksək qiymətləndirilib. Azərbaycanda elektrik enerjisi və bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən danışılıb.

Söhbət zamanı Bakıda ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəmi qeyd edilib və bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib.

Loading

Next Post

Parlamentin yaz sessiyası başa çatdı - YENİLƏNİB

Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib. Toplantıda 7 məsələ müzakirə olunaraq qəbul edilib. İclas başa çatdıqdan sonra spiker Milli Məclisin 2022-ci il yaz sessiyasını bağlı elan edib. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə parlamentin yaz sessiyası başa çatıb. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın […]