Türkmənistan prezidenti Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib.

Sərdar Berdiməhəmmədov, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxış edərkən deyib ki, onlar sabitliyin və sülhün təmin edilməsi istiqamətində səylərini səfərbər etməlidirlər:

“Bu istiqamətdə işlərin görülməsi çox önəmlidir. Qarşılıqlı hörmət, həmrəylik və BMT-nin Əsasnaməsində qeyd edildiyi kimi siyasi və hüquqi bir təməl olaraq da müasir dünya arxitekturasının qurulması istiqamətində işlər görülməlidir”.

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini bir daha təqdirəlayiq hesab edirəm. Bununla bağlı Azərbaycana minnətdarlığımı bildirirəm”, – deyə dövlət başçısı qeyd edib.

Loading

Next Post

<strong>Əl-Mənfi: “Qoşulmama Hərəkatı inkişaf etməkdə olan ölkələrə postpandemiya dövründə bərpada ciddi dəstək verir”</strong>

“Qoşulmama Hərəkatı inkişaf etməkdə olan ölkələrə postpandemiya dövründə bərpada ciddi dəstək verir”. Bunu Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi martın 2-də Bakıda işə başlayan Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizədə ölkələr arasında təcrübə mübadiləsi […]