Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Prezident İlham Əliyev 22 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, “Avtomobil nəqliyyatı haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək, eləcə də müvafiq ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək İdarənin vəzifələrinə aid edilib.

Loading

Next Post

Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa şəhərindən paylaşım edib. Paylaşımda qeyd olunur: “Şuşadan gözəl xatirələr – tarix, mədəniyyət, dözümlülük və ilham şəhəri. Burada olmaq həmişə şərəfdir”.