Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Həsən Cəlal Dövlənin nəslindən olan Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib.

O, paylaşımda Həsən Cəlal Allahverdi bəy barədə məlumat verib.

Hikmət Hacıyev bildirib ki, XX əsrin əvvəllərinədək bu nəslin nümayəndələri Qafqaz Albaniyasının hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dövlənin adını daşıyıb və öz şanlı əcdadlarının adını nəsildən-nəslə ötürüblər. Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi əsrlər boyu davam edən tarixi varisliyin və əcdad yaddaşının maddi sübutu kimi xüsusi əhəmiyyət daşıyır”.

Hikmət Hacıyev qeyd edib ki, abidə nəsillər arasında tarixi bağlılığın və irsin qorunub saxlanılmasının real, maddi ifadəsidir.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 13-də 33 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi […]