“Azərsu” abonentlərə müraciət edib

Oxunma vaxtı:25 Saniyə

“Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”.

Doğrusöztv.Az bildirir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib:

“Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür. Abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər.”

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın prinsipial siyasətinin nəticəsidir - Politoloq

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanmış bəyanatın bir hissəsidir. Bu zaman kəsiyində Ağdam rayonunda Mərkəzin yaradılması istiqamətində aidiyyatı qurumlar ilə koordinasiyalı iş qurulmuş və nəhayət bu məsələ öz müsbət həllini tapmışdır. Doğrusöztv.Az bildirir ki, bunu […]