Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

Oxunma vaxtı:38 Saniyə

Azərbaycan və Maldiv adaları bu gündən etibarən qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim tətbiq edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, 24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.

Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minir.

Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad edilirlər.

Loading

Next Post

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

[center][img]https://azadmedia.az/uploads/posts/2026-04/1777461638_screenshot-2026-04-29-151855.png[/img][/center] May ayına olan hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, may ayında havanın temperaturu tədricən yüksəlir. Son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə təsiri nəticəsində temperatur və təzyiq fərqləri yaranır. Bu ilin may ayında […]