Gələn aydan Gürcüstana sərnişin qatarı açılır? – İDDİA

Oxunma vaxtı:29 Saniyə

Cari ilin iyulun 1-dən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətini bərpa edəcəyi iddia edilir.

Bununla bağlı artıq hazırlıqlara başlandığı deyilir.

Bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, quru sərhədlərin açılması ilə bağlı qərar verilməyənə qədər bu istiqamətdə hər hansı bir iş görülə bilməz:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra bununla bağlı addımlar atıla bilər”.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ildən pandemiya ilə bağlı olaraq dayandırılıb.

Ölkə.Az

Loading

Next Post

“Qafqaz Qartalı - 2024”: PUA ilə şərti düşmən mövqelərinə qəfil zərbələr endirilib

Azərbaycanda keçirilən “Qafqaz Qartalı – 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib. “Qafqaz Qartalı – 2024” təlimində qarşıya qoyulan […]