Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib

Oxunma vaxtı:31 Saniyə

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yoxlamalar zamanı hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslərə İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Xidməti aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının qarşısının alınması, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərib.

Loading

Next Post

Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumi müzakirələrə sədrlik edib

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumi müzakirələrə sədrlik edib. Müzakirələrdə 30-a yaxın ölkənin parlament sədrləri çıxış edib. Sonra müzakirələr Çinin Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejinin sədrliyi ilə davam edib. Qeyd edək ki, Parlament Sədrlərinin […]