Dələduzluqda ittiham olunan şirkət direktoru həbsdə vəfat edib

Oxunma vaxtı:35 Saniyə

Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan “Avro Qrand” MMC-nin keçmiş direktoru Xanlar Cəfərov həbsdə vəfat edib.

Bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkəməyə göndərilmiş sənəddə bildirilib.

Sənəddə qeyd edilib ki, Xanlar Cəfərov bu il yanvarın 1-də müalicə olunduğu tibb müəssissində vəfat edib.

Qeyd edək ki, Xanlar Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib. O, ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl isə 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 9 illik həbs cəzası verilib.

Loading

Next Post

Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, aşağıdakı şəxslər təltif ediliblər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Novruzov Cahangir Mütəllib oğlu “Şöhrət” ordeni ilə Aşina Məsud Rüstəm oğlu “Dostluq” ordeni ilə Acar […]