Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumi müzakirələrə sədrlik edib

Oxunma vaxtı:28 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumi müzakirələrə sədrlik edib.

Müzakirələrdə 30-a yaxın ölkənin parlament sədrləri çıxış edib.

Sonra müzakirələr Çinin Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejinin sədrliyi ilə davam edib.

Qeyd edək ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransı Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində BMT və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri, 38 ölkənin vitse-spikerləri, həmçinin Parlamentlərarası İttifaqın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Loading

Next Post

Bakının bəzi yollarında sıxlıq var

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti […]