Əlavə iş yerlərinin açılması gözlənilir

Oxunma vaxtı:27 Saniyə
Cropped image of business ladies reading e-mails on laptop screen

Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur. 

Bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. 

O bildirib ki, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir. 

M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan 3 aktiv layihə var: “Bunlar məqsədli proqramlar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib. Administrasiyada yekun müzakirədədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”

Loading

Next Post

Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video

Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində sərhədlərimizin mühafizəyə götürülməsi haqda xəbər Prezident İlham Əliyevə məruzə edilib.  Məruzəni general-mayor Vüsal Sultanov edib.  “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, məruzə edirəm ki, əmrinizə uyğun olaraq, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazisində, tarixi […]