Türkiyəli diplomat: Ermənistan törətdiyi bütün təxribatlara rəğmən, Qərb tərəfindən qorunur, himayə olunur

Oxunma vaxtı:30 Saniyə

Ermənistan törətdiyi bütün haqsızlıq və təxribatlara rəğmən, Qərb tərəfindən qorunur, himayə olunur.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin İdarə rəhbəri Yönet Can Tezel Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda deyib.

Türkiyəli diplomat bildirib ki, bu davranışı anlamaq çətindir: “Bunu anlaya bilmirik. Haqlı olduğumuzu sübut etmək üçün daha çox səy göstərməliyik. Haqqımızı almaq üçün güclü olmalıyıq. İkili standartlar var, ancaq bu, bizi yoldan çəkindirməməlidir. Biz öz haqqımızı tələb etmək üçün daim irəli getməliyik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Mövlud Çavuşoğlu: Yunanıstanın Türkiyə ilə bütün dialoq kanallarını heç bir şərt irəli sürmədən yenidən canlandırmasını gözləyirik

Aralıq dənizi hər zaman sivilizasiyanın beşiyi, mədəni və iqtisadi baxımından qarşılıqlı təsir hövzəsi olub. Bu coğrafiyada hamımızın keçmişi, bu günü və gələcəyi ayrılmaz şəkildə bir-birinə bağlıdır. Türkiyə və Yunanıstan hər zaman yalnız iki seçim qarşısında qalmışlar: hər iki tərəfə də zərər verə biləcək şəkildə bir-birimizlə mübahisə etmək və ya qələbə […]