

2021-ci il dekabrın 29-dan 30-na keçən gecə Dədə Şəmşir ocağının davamçısı, övladı, şair, yazıçı-publisist, ictimai xadim, Kəlbəcərin çox dəyərli ağsaqqalı Qənbər Şəmşiroğlu Haqq dünyasına qovuşmuşdur.
Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri[ və Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə”, “Əmək veteranı” və “Tərəqqi” medalı ilə təltif edilmişdir. Şeirlərinin böyük bir qismi “Dünya”, “525-ci qəzet”, “Ədalət”, “Ədəbiyyat” və başqa qəzetlərdə, “Folklor və etnoqrafiya” jurnalında dərc olunmuşdur.
Qənbər Şəmşiroğlu Allahın sevimli bəndəsi idi. Elə ona görə də Ulu Yaradan Ona doğma Kəlbəcərinin işğaldan azad olunmasınadək yaşamaq qisməti bəxş elədi.
Başda övladları olmaqla, mərhumun bütün əzizlərinə Allahdan səbr diləyirik. Məkanı cənnət, ruhu şad olsun! Allah rəhmət eləsin.
“Doğru Söz” Milli İnformasiya Agentliyinin kollektivi adından: Seyid İsmayıl Abbasov
![]()
