Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov tutduğu vəzifəsindən azad edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun digər əmri ilə, T.Osmanov Xocavənd rayon prokuroru təyin olunub.
XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edib. Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş […]