Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Oxunma vaxtı:32 Saniyə

Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.

Doğrusöztv.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib.

Nəticə etibarı ilə 2021-ci ilin yanvar ayından başlayaraq Nazirliyin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)

Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 17-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçə dezinfeksiya olunub. Doğrusöztv.Az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən […]