Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

Oxunma vaxtı:24 Saniyə

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb. 

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Qeyd olunub ki, təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Premyer Liqa: XXI tura bu gün iki oyunla start veriləcək

Misli Premyer Liqasında XXI tura bu gün start veriləcək. Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq. “Zirə” səfərdə “Turan Tovuz”un qonağı olacaq. Qəsəbə təmsilçisi hazırda 35 xalla üçüncüdür. 34 xala malik “Turan Tovuz” isə dördüncü pillədə qərarlaşıb. Günün son matçı Sumqayıtda baş tutacaq. “Qəbələ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Sumqayıt” […]