Azərbaycanda seçkiqabağı təşviqat BAŞLADI

Oxunma vaxtı:33 Saniyə

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən, yanvarın 6-dan seçkiqabağı təşviqat başlayır.

Təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək. Kampaniya çərçivəsində Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 min 696 namizəd qeydə alınıb.

Xatırladaq ki, ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qatılmayıb.

Loading

Next Post

Məzarlara rəsm çəkənlər bu məktəbin şagirdləri imiş - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılması barədə məlumat yayımlanıb. Lənkəran-Astara Regional Təhsil İdarəsindən “AzEdu.Az”a bildirilib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmənin qəbirstanlıqda məzarlara qarşı uyğunsuz hərəkətlər etməsi ilə bağlı yayılan görüntülərə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb: […]