Premyer Liqa: XXI tura bu gün iki oyunla start veriləcək

Oxunma vaxtı:44 Saniyə

Misli Premyer Liqasında XXI tura bu gün start veriləcək.

Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Zirə” səfərdə “Turan Tovuz”un qonağı olacaq. Qəsəbə təmsilçisi hazırda 35 xalla üçüncüdür. 34 xala malik “Turan Tovuz” isə dördüncü pillədə qərarlaşıb.

Günün son matçı Sumqayıtda baş tutacaq. “Qəbələ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Sumqayıt” 30 xalla beşincidir. Onuncu yerdə qərarlaşan bölgə təmsilçisinin hesabında 14 xal var.

Misli Premyer Liqası

II dövrə, XXI tur

20 fevral

17:00. “Turan Tovuz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: İlham Əliyev.

“Azərsun Arena”

19:30. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, XXI tura fevralın 22-də yekun vurulacaq.

Loading

Next Post

Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb

Bakının Qaradağ rayonunda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar. Onlar qoruqdakı mədəni sərvət hesab […]