Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar

Oxunma vaxtı:46 Saniyə

Öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar.

Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis milliyə dəvət edilən futbolçuların formada olmasının vacibliyini söyləyib:

“Hər məşqçinin qərarına hörmətlə yanaşıram. Milliyə dəvət edilən futbolçular mütəmadi şəkildə oynamalıdırlar. Xaricdə çıxış edən oyunçularımız çox azdır. Mən də istərdim ki heyətdə daha çox azərbaycanlı oyunçular yer alsınlar. Millidə oynayırsansa, motivasiya olmalıdır”.

F.Santuşun mayın 31-də baş tutacaq Azərbaycan Kubokunun finalında oynayacaq futbolçulara üç gün istirahət veriləcəyini də vurğulayıb.

Baş məşqçi qapıçı mövqeyi ilə bağlı sualı da cavablandırıb:

“Qapıçı mövqeyi futbolda ən spesifik nöqtədir. Bu mövqedə məşqçilər az rotasiya edirlər. Şahruddin Məhəmmədəliyev zədə aldıqdan sonra “Səbail”dən Əlirza Müştəbazadəni dəvət etdik. Rza Cəfərov da yaxşı perspektivə malikdir. Şahruddin təcrübəli qapıçıdır, komanda yoldaşlarına da kömək edə bilər”.

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi milli iyunun 7-də səfərdə Latviya, bundan 3 gün sonra isə Bakıda Macarıstan yığması ilə üz-üzə gələcək.

Loading

Next Post

Minifutbol üzrə dünya çempionatı: Qrup mərhələsində növbəti oyunlar keçiriləcək

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək. Milli Gimnastika Arenasında daha 8 qarşılaşma baş tutacaq. Günün ilk görüşündə Qana və İsrail milliləri münasibətləri aydınlaşdıracaq. Dünya çempionatı Qrup mərhələsi II tur 24 may E qrupu 19:30. Monteneqro – Kosta Rika20:45. Tailand – […]