Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal qazandırıb.

Bununla yanaşı, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında “Zirə”nin səfərdə Estoniyanın “Payde” komandasına 0:1 hesabı ilə uduzaması ümumi mövqeyə təsir göstərməyib.

Azərbaycan 20,437 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 21,500 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla liderdir.

Loading

Next Post

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir: “Belə hava şəraitində kiçik ehtiyatsızlıq və […]