AFFA hakimi təhqir edən baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

Oxunma vaxtı:33 Saniyə

AFFA U-11 Liqasında hakimi təhqir edən “World Stars FA” komandasının baş məşqçisi Çıraq Behbudov 5 oyunluq diskvalifikasiya edilib.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mütəxəssis İCBFA – “World Stars FA” görüşünün 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.

AFFA Region Liqasında keçirilən “Masallı” – “Salyan” matçında isə qonaq komandanın üzvü Kamran Kərimov 56-cı dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 4 oyunluq diskvalifikasiya olunub.

AFFA Region Liqasında keçirilən “Göyəzən” – “Veteran Tankçılar Gəncə” matçının 85-ci dəqiqəsində qonaq komandanın üzvü Hüseyn Quliyev hakimləri təhqir edib. Qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan futbolçu 4 oyunluq cəza ilə üzləşib.

Loading

Next Post

İlham Əliyev: Son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır

Son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, qarşılıqlı səfərlər iki ölkə arasında dostluğun […]