UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək

Oxunma vaxtı:49 Saniyə

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək.

Həlledici görüşdə PSJ “Arsenal”la üz-üzə gələcək.

Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik “Puşkaş Arena”da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı almaniyalı FİFA referisi Daniel Zibert idarə edəcək.

PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edəcək. 2020-ci ildə həlledici qarşılaşmada Almaniyanın “Bavariya” komandasına (0:1) yenilən Fransa təmsilçisi ötən mövsüm “İnter”i (İtaliya) 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Sonuncu dəfə 2006-cı ildə finala yüksəlmiş “Arsenal” isə bu titulu ilk dəfə qazanmaq üçün mübarizə aparacaq. Premyer Liqa təmsilçisi 20 il öncəki matçda “Barselona”ya (İspaniya) 1:2 hesabı ilə məğlub olmuşdu.

PSJ və Arsenal UEFA turnirlərində ümumilikdə 8-ci dəfə üz-üzə gələcəklər. Buna qədər baş tutan 7 matçda komandalar hərəyə 2 qələbə qazanıblar. Qalan 3 görüş isə heç-heçə ilə nəticələnib.

UEFA Çempionlar Liqası

Final

30 may

20:00. PSJ (Fransa) – “Arsenal” (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 98 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları və ya 2,55 % azalaraq 98,01 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 93,56 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]