Tofiq Bəhramovun anadan olmasından 100 il ötür

Oxunma vaxtı:33 Saniyə

Bu gün Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür.

 “Qızıl fit” və “Qızıl ilahə” mükafatlarının sahibi, dünyada adına stadion olan ilk hakim Tofiq Bəhramov prinsipiallığı və obyektivliyi ilə hər zaman gənc həmkarlarına örnək olmağı bacarıb.

Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. 1966-cı ildə keçirilmiş dünya çempionatında Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan mərhum referi bu qərarı ilə daha da məşhurlaşıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən hakim oyundan sonra kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi “Qızıl fit” mükafatına layiq görülüb.

Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

Loading

Next Post

Məmurlar səs verdilər - FOTO

Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində səs verib. Baş prokuror 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib. Kamran Əliyev səsvermə hüququndan istifadə edib və məntəqənin işinə uğurlar arzu edib. **** Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə […]