UEFA Millətlər Liqası: Yarımfinal mərhələsinə start verilir

Oxunma vaxtı:18 Saniyə

Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Almaniyada təşkil olunan raundun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Almaniya yığması Portuqaliya ilə üz-üzə gələcək. Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş tutacaq. Bu görüş “Ştutqart Arena”da keçiriləcək.

Loading

Next Post

İlin əvvəlindən İrəvan-Bakı-İrəvan marşrutu üzrə iki dövlət reysi həyata keçirilib

Bu ilin yanvar ayından iyun ayınadək İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib. Bu barədə “Sputnik-Armeniya”ya Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib. “Bu il İrəvan-Bakı marşrutu üzrə bir reys və əks istiqamətdə bir reys həyata keçirilib. Hər iki halda, bortda yüksək vəzifəli xarici şəxslər olub”, […]