İlin əvvəlindən İrəvan-Bakı-İrəvan marşrutu üzrə iki dövlət reysi həyata keçirilib

Oxunma vaxtı:32 Saniyə

Bu ilin yanvar ayından iyun ayınadək İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib.

Bu barədə “Sputnik-Armeniya”ya Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.

“Bu il İrəvan-Bakı marşrutu üzrə bir reys və əks istiqamətdə bir reys həyata keçirilib. Hər iki halda, bortda yüksək vəzifəli xarici şəxslər olub”, – qurumdan bildirilib.

Nazirlikdən qeyd ediblər ki, əlavə məlumata malik deyillər, çünki dövlət reysləri üçün icazələri Ermənistan Xarici İşlər Nazirliyi verir.

Daha əvvəl bildirilmişdi ki, 2020-ci ildən İrəvan-Bakı-İrəvan marşrutu üzrə hava əlaqəsi yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrutun işə salınmasından bəri 68 belə uçuş həyata keçirilib.

Loading

Next Post

Ağalı kəndi - VİDEO

“İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir”. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur […]