İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edildi

Oxunma vaxtı:32 Saniyə

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyindəki iki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.

Elçin Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib. 

Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.(Azərbaycan müəllimi)

Loading

Next Post

İlham Əliyev Sərəncam imzaladı

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamda dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı yeni Sərəncam imzalayıb. Sərəncama əsasən, iqtisadiyyat nazirinin müavini olmuş Sahib Məmmədov Müşahiə Şurasının üzvləri sırasında çıxarılıb. Onu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev […]