Ağalı kəndi – VİDEO

Oxunma vaxtı:28 Saniyə

“İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir”.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir: “Rahat yaşayış, xoş güzəran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur”.

Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış Ağalı kəndinin görüntülərini təqdim edirik:

Loading

Next Post

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib. İlyas Adıgözəlli 87 yaşında dünyasını dəyişib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onun vəfatı ilə bağlı başsağlığı verib. “Əməkdar jurnalist İlyas Adıgözəllinin vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”, – qeyd edilib.