Azərbaycan XİN Kanadaya başsağlığı verib

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyi Kanadaya başsağlığı verib.

Bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.

“Kanadanın Tambler Rigd şəhərində baş verən faciəli məktəb atışması bizi dərin kədərləndirir. Bu çətin dövrdə qurbanların ailələrinə və yaxınlarına, eləcə də Kanada hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Düşüncələrimiz yaralılarladır, onların tez və tam sağalmalarını arzulayırıq”.

Qeyd edək ki, Kanadanın qərbindəki kiçik bir şəhər olan Tambler Rigdə orta məktəbdə və yaxınlıqdakı bir yaşayış yerində baş verən kütləvi atışma nəticəsində şübhəli şəxs də daxil olmaqla 10 nəfər ölüb.

Loading

Next Post

Kamran Əliyev Suraxanı rayonunda vətəndaşları qəbul edib

Fevralın 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonundan olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Qəbulda iştirak edən 45 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə […]