Messi və komanda yoldaşları Bakıya gəlir – Bu tarixdə

Oxunma vaxtı:46 Saniyə


Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) Bakıya gəlirlər!

Dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaq.

İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyə biləcək. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim olunacaq.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində  dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William), məşhur “Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi həvəskarları üçün unudulmaz anlar vəd edir. Hər kəsi bu unikal təcrübəyə qoşulmağa dəvət edirik!

Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Loading

Next Post

Dəmir yollarında 11 ayda 16 toqquşma - 11 ölü

Bu ilin yanvar-noyabr aylarında ADY-yə məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.  Bildirilib ki, baş verən hadisələr nəticəsində nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib. Məlumatda qeyd edilib ki, dəmir yolunda qəza […]