Dəmir yollarında 11 ayda 16 toqquşma – 11 ölü

Oxunma vaxtı:37 Saniyə

Bu ilin yanvar-noyabr aylarında ADY-yə məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. 

Bildirilib ki, baş verən hadisələr nəticəsində nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib.

Məlumatda qeyd edilib ki, dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir. ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir.

“Müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin”, – qurumdan bildirilib.

Loading

Next Post

Naxçıvanda axund intihar etdi - Foto

Naxçıvanda intihar hadisəsi baş verib. Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri, axund Sahib Məmmədov intihar edib. O, yaşadığı evdə özünü asıb. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.(Unikal)