UEFA Çempionlar Liqasının pley-off mərhələsi başlayır, “Qalatasaray” “Yuventus”la üz-üzə gələcək

Oxunma vaxtı:25 Saniyə

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün start veriləcək.

İlk oyun günündə dörd qarşılaşma keçiriləcək.

Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyanın “Yuventus” klubunu qəbul edəcək. Qarşılaşma saat 21:45-də start götürəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 fevral

21:45. “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya)

00:00. “Benfika” (Portuqaliya) – “Real” (İspaniya)

00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atalanta” (İtaliya)

00:00. “Monako” (Fransa) – PSJ (Fransa)

Qeyd edək ki, pley-off mərhələsinin digər oyunları növbəti gün baş tutacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,79 ABŞ dolları və ya 1,13 % artaraq 70,36 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 71,24 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]