“Qarabağ” azarkeşləri üçün “Enfild”də ayrılan yerlərin sayı bəlli olub

Oxunma vaxtı:30 Saniyə

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda baş tutacaq “Liverpul”la matçda “Qarabağ”ın azarkeşləri üçün “Enfild”də ayrılan yerlərin sayı bəlli olub.

Bu barədə “Report”a Ağdam klubunun mətbuat xidmətindən bildirilib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” (İngiltərə) – “Qarabağ” matçını “Enfild”də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

“iTicket.az” saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 AZN təşkil edəcək. “Qarabağ” azarkeşləri üçün meydan sahiblərinin stadionunda 1250 yer ayrılıb.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-i Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Loading

Next Post

"Üzeyir Hacıbəyli Mükafatı"nı 19 müəllim qazanıb

Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təsdiq etdiyi Reqlamentə əsasən müsabiqə iki mərhələdə təşkil olunub. Reqlamentin tələblərinə […]