“Üzeyir Hacıbəyli Mükafatı”nı 19 müəllim qazanıb

Oxunma vaxtı:55 Saniyə

Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təsdiq etdiyi Reqlamentə əsasən müsabiqə iki mərhələdə təşkil olunub.

Reqlamentin tələblərinə uyğun olaraq namizədlərin peşəkar fəaliyyəti, bilik və bacarıqları Ekspert Komissiyası tərəfindən qiymətləndirilib və yüksək göstəricilərə malik iştirakçılar müəyyənləşdirilib.

Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim namizəd qatılıb.

Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən seçilmiş iştirakçılar II mərhələyə buraxılıb. Sonrakı mərhələdə Reqlamentə uyğun olaraq Komissiya üzvləri tərəfindən iştirakçıların açıq dərslərinin videoyazılarına baxış keçirilib və namizədlər peşəkar meyarlar əsasında qiymətləndirilib.

Komissiyanın iclasındakı müzakirələrin yekununda 19 müəllim müsabiqənin qalibi elan edilib və onlar “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görülərək həm pul mükafatı, həm də diplomlarla təltif ediləcəklər.

Qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən bu müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Loading

Next Post

Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq. “Azəriqaz” İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti […]