Məmurlar səs verdilər – FOTO

Oxunma vaxtı:35 Saniyə

Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində səs verib.

Baş prokuror 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Kamran Əliyev səsvermə hüququndan istifadə edib və məntəqənin işinə uğurlar arzu edib.

****

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.

Bakı meri 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Loading

Next Post

Qazaxıstandan vurulan Azərbaycan təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA

Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsi barədə yeni açıqlama verib. Bu barədə Qazaxıstan baş prokurorunun müavini Qalımjan Koygeldiyev məlumat verib. O bildirib ki, AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması davam etdirilir, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub. “İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət […]