Azərbaycanda bu kanal yerüstü yayıma keçir

Oxunma vaxtı:21 Saniyə

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına aşağıdakı qurumlar əlavə edilib:

– “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;

– “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.

Loading

Next Post

Azərbaycan Gürcüstandakı bu yolu idarə edəcək

Azərbaycan və Gürcüstan Bakı-Tiflis-Qars (BTQ) – Marabda-Kartsaxi dəmir yolu dəhlizinin Gürcüstan hissəsinin idarə olunması üçün birgə şirkət yaradıblar. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. “BTKİ Railways” adlı şirkətin təsisçiləri Azərbaycan Dəmir Yolları və Gürcüstanın Marabda-Kartsaxi şirkətinin törəmə şirkətləri olub. Yeni şirkət Marabda-Kartsaxi hissəsində infrastrukturun istismarına və idarə olunmasına, həmçinin BTQ-dən […]