Dünya Bankı: Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 12%-ə yaxın olacaq

Oxunma vaxtı:50 Saniyə

Dünya Bankı (DB) Azərbaycanla bağlı bir sıra makroiqtisadi proqnozlarını açıqlayıb.

Bank Azərbaycanda tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisitinin növbəti 5 ildə azalacağını proqnozlaşdırıb.

2025-ci il üzrə CƏH-in profisiti ÜDM-in 11,6%-i həcmində, 2026-cı ildə 5,4%, 2027-ci ildə isə 3,8% proqnozlaşdırılıb. Dünya Bankı hesab edir ki, CƏH-in profisiti 2028-ci ildə 3,6%-ə, 2029-cü ildə isə 3,4%-ə qədər enəcək.

Bankın analitikləri 2025- 2026-cı illərdə Azərbaycanda 2,4%, 2027-ci ildə 2,3%, 2028-2029-cü illərdə isə 2,2% iqtisadi artım proqnozlaşdırıb. Bankın inflyasiya proqnozu isə 2025-2026-cı illər üzrə 2,3%, 2027-ci ildə 2,2%, 2028-2029-cü illərdə isə 2% təşkil edib.

Dünya Bankı, həmçinin qarşıdakı beş ildə ölkəyə xalis birbaşa xarici investisiyaların (BXİ) azalacağını proqnozlaşdırıb. Bank bu investisiyaların 2025 və 2026-cı ildə ÜDM-in 0,9%-i həcmində, 2027-ci ildə 0,8%, 2028-ci ildə 0,7%, 2029-cü ildə isə 0,6% azalacağını müəyyən edib.

Loading

Next Post

Nazir müavini: "Qarabağda xalis sıfır emissiya hədəfinə çatmaq üçün ən son texnologiyalar tətbiq edilir"

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji səmərəliliyi ilə bağlı Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) çərçivəsində üçüncü sənədin hazırlanması davam edir. Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə […]