Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlıqda maraqlıdır və problemin həlli üçün ABŞ texnologiyalarından istifadə etməyə ümid edir.

Bu barədə Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim “Axios”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan adambaşına düşən göstəriciyə görə dünyanın ən çox minalarla çirklənmiş ölkələrindən biridir. İbrahim qeyd edib ki, müasir texnoloji nailiyyətlər minalardan təmizləmə prosesini sürətləndirməyə və səmərəliliyini artırmağa kömək edə bilər.

“Ümid edirik ki, bu məsələdə də ABŞ ilə əməkdaşlıq edə biləcəyik”, – səfir deyib.

O vurğulayıb ki, minalardan təmizləmənin əsas aspektlərindən biri minaların yerinin dəqiq xəritələrinin olmasıdır. Bununla yanaşı, ərazilərin minalardan təmizlənməsi bahalı, uzunmüddətli və təhlükəli proses olaraq qalır.

“Əldə edilmiş razılaşmalar tez bir zamanda praktiki icra mərhələsinə keçir”, – Xəzər İbrahim Ağ Evin hazırkı administrasiyası ilə səmərəli əməkdaşlıq barədə əlavə edib.

Loading

Next Post

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Gürcüstan mediası İlham Əliyevin Avropaya elektrik enerjisi ixracı və enerji dəhlizləri ilə bağlı açıqlamalarını geniş işıqlandırıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın aparıcı televiziya kanalları və xəbər resursları Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda verdiyi müsahibəyə geniş yer ayırıb. Gürcüstanın İctimai Televiziyasının (1TV) və “İmedi” televiziyasının internet səhifələrində yayımlanan materiallarda […]