Qurban Qurbanov “Qarabağ”ın ruhudur!

DogruSozTv Az
Oxunma vaxtı:39 Saniyə

İtaliyanın “Sportellate” idman portalı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uğurlarından bəhs edən məqalə dərc edib.

Yazıda Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla böyük idman uğuruna imza atdığı bildirilir. Vurğulanır ki, Qurban Qurbanovun komandası Liqa mərhələsinin ilk iki turunda əldə etdiyi nəticələrlə də xüsusilə diqqət mərkəzində olub.

Qeyd edilir ki, azərbaycanlı mütəxəssis Çempionlar Liqasında debütant deyil, Azərbaycan millisinin sabiq futbolçusu 17 mövsüm əvvəl “Qarabağ”ın baş məşqçisi olub.

Komandanın Qurban Qurbanovun rəhbərliyi altında müxtəlif ilklərə imza ataraq manşetlərə çıxmağa başladığı, Azərbaycan klubunun ikinci titulunu əldə etdiyi ildə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı bildirilir. Diqqətə çatdırılır ki, 2017-ci ildə “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən ilk Azərbaycan klubu olub.

Yazıda, həmçinin “Qarabağ”ın yerli və legioner futbolçuları haqqında ətraflı məlumat verilib.

Loading

Next Post

İlham Əliyev Macarıstanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir: “Hörmətli cənab Baş nazir, Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanla dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq […]